SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonun soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS
QALEREYA