SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fevralın 9-da "Pyotr Poroşenkonun Bloku” fraksiyasının deputatları Ali Radada dava salıblar. 
 
BAKU.WS Ukrayna mediasına istinadən bildirir ki, münaqişə sessiya zalının mərkəzi keçiddə qeydə alınıb.
 
Dava "Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar Oleq Barna və Sergey Leşenko arasında düşüb. Bundan əlavə, fraksiyanın digər üzvü İvan Melniçukun da dava edənlərə qoşulduğu bildirilir.
 
Barna münaqişənin təşəbbüksarı olmadığını bəyan edib. Davanın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmır.
 
BAKU.WS