SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən "Port Baku" ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.
 
BAKU.WS xəbər verir ki, məlum olub ki, buna səbəb ticarət mərkəzində yanğınla bağlı xəbərdarlığın edilməsi olub. Belə ki, mərkəzdə əməkdaşların təxliyə edilməsinə səbəb burda yanğın təlimin keçirilməsi olub.
 
Yanğınla bağlı həyəcan siqnalı veriləndən sonra bütün əməkdaşlar dərhal binanı tərk ediblər. Məqsəd əməkdaşların fövqəladə vəziyyətlərə hazırlıqlarını yoxlamaq və hadisələrə operativ reaksiyasını təmin etməkdir.

Ticarət mərkəzinin "duty” meneceri Rüstəm Səmədovun virtualaz.org-a bildirdiyinə görə, 3 aydan bir belə həyəcan siqnalı verilir və əməkdaşların baş verə biləcək fövqəladə vəziyyətlərə hazırlığı yoxlanır.

BAKU.WS