SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

BAKU.WS