SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulun Silivri ərazisində otel və əyləncə məkanlarında təşkil edilən əməliyyatda zorla fahişəlik etdirildiyi iddia edilən 84 əcnəbi əsilli qadın nəzarətə alınıb.
 
BAKU.WS xəbər verir ki, qadınlar ölkədən deportasiya edilmək üçün Silivri Geri Qaytarma Mərkəzinə təslim ediliblər.

Zorla fahişəlik etdirildiyi deyilən 84 qadının Moldova, Ukrayna, Mərakeş, Belarus, Rus, Gürcüstan, Özbəkistan, Ermənistan, Qırğızıstan və Azərbaycan əsilli olduqları bildirilir.

Basqın edilən ünvanlarda 1 ədəd kustar üsulla hazırlanmış tapança, 2 ədəd sənədsiz tapança, 42 şüşə qanunsuz içki ələ keçirilib.

"Zorla fahişəliyə təşviq və vasitəçilik" və "Cinsi istismar" cinayətləri ilə bağlı istintaq prosesi başlanılıb.
 
BAKU.WS