SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda gənc oğlan özündən 12 yaş böyük qadını yandıraraq ona ağır xəsarətlər yetirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Tovuz rayon Aşağı Quşçu kəndində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü T.Məmmədova üzərinə benzin tökülərək yandırılıb.

O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevdir.

"O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb", - rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadınla qeyri-rəsmi münasibətləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

*** 14:59

Tovuzda qadın yanıq xəsarətləri alıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü rayon sakini Röyal Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu, 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T.Məmmədovanın bədəninin 70-80 faizi üçüncü dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

BAKU.WS