SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda uşaq evində intihara cəhd olub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan, 16 yaşlı qız M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal yeniyetməyə ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə gələndə yeniyetmə qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

BAKU.WS