SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb. 

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Habil Sulduz oğlu Abbasov Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2B saylı 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evin yataq otağının pəncərəsindən özünü ataraq öldürüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Habil Abbasov 30 ildən çox müddət əsəb xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar 2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında müalicə də olunub.

Lakin müalicələr nəticə verməyib. Evdə heç kim olmayan vaxt o özünü binadan atıb.

BAKU.WS