SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə report-un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Əraziyə dərhal Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

BAKU.WS
QALEREYA