SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yaşayan bir şəxs həyətyanı sahəsində hədiyyə verilmiş ceyranları 8 başa çatdırdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verib. Bu gün həmin həyvanlar təbiətə buraxılıb.

Həyətində baxdı çoxaltdı. Bu heyvanlar indi təbiətə buraxıldı.

Əslən Laçından olub bakıda yaşayan Təvəkkül Hüseynova 2007 ci ildə 3 aylıq 2 baş çeyran hədiyyə olunub. Ceyranlara diqqət və qayğısını əsirgəməyib, həyətyanı sahəsində saxlamaqla 10 il müddətində 8 başa çatdırıb. Sonra ceyranları vəhşi təbiətə buraxmaq qərarına gəlib və aidiyyatı qurumlara müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri salyan polis şöbəsinin əməkdaşları ilə birgə 8 baş ceyranı təhvil alıblar. Ceyranlar müayinədən keçirilərək adaptasiya üçün bir neçə gün saxlanılıb. Daha sonra isə onlar vəhşi təbiətə buraxılıb.

Bu gün isə nazirliyin nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkında adaptasiya dövrü keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə köçürülməsi prosesinə başlanılıb. Hazırda Şirvan milli parkında 7 min başdan çox ceyran saxlanılır.
 
BAKU.WS