SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS-in məlumatına görə, Bakı istiqamətində hərəkətdə olan Ağcabədi rayon sakini Cabir Mövsümov idarə etdiyi "QAZ-53" markalı avtomobili aşırıb. Nəticədə avtomobilin yük yerində olan 5 ton kartof isə yolun hərəkət hissəsinə tökülüb.
 
Hadisəanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Yolda avtomobillərin hərəkəti çətinləşib. Hazırda yol polisləri hərəkətin təhülkəsizliyini təmin etməyə çalışırlar.
 
BAKU.WS