SİZİN REKLAM BURADA!
055 213 76 73


Gecə saatlarında Heydər Əliyev prospektində piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən yol-nəqliyyat qəzasının bəzi təfərrüatları məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya zərərçəkən şəxsin yaxın qohumu Kənan Həsənov bldirib.
Onun sözlərinə görə, Məmmədov Xəyyam həmin vaxt ərazidə qazon və ağacları suvarırmış: “Qəza anında Xəyyam qəza siqnalı yanan, bütün yol qaydalarına uyğun dayanmış iş maşınının arxasında olub. Bu vaxt “Koroğlu” metrosu istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil onu vurub. Nəticədə Məmmədov Xəyyam “Prius”la iş avtomobilinin arasında sıxılıb və hər iki ayağı kəsilib. Dərhal sonra Yol Patrul Xidməti hadisə yerinə gəlib və “Prius” sürücüsünün sərxoş olduğu ortaya çıxıb. Buna baxmayaraq, sürücü öz günahını qətiyyətlə rədd edib”.

Kənan Həsənov qeyd edib ki, zərərçəkmiş hazırda reanimasiyadadır, onun hər iki ayağı amputasiya edilib.

***09:00

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Xəyyam Elbəy oğlu Məmmədov prospektdə piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.

Bu zaman onu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb.

Piyadanın hər iki ayağı sınıb.
O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

BAKU.WS