SİZİN REKLAM BURADA!
055 213 76 73


Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

BAKU.WS