SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər uşağın barmağında dəmir halqanın sıxılması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

BAKU.WS
VİDEO