SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Quba-Zərdabi" marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar - 1997-ci il təvəllüdlü Bağırov Roman Nizami oğlu, 2006-cı il təvəllüdlü Əhmədi Fidan Məhzər qızı 1983-cu il təvəllüdlü Həsənova Vüsalə Sübhan qızı, 2003-cü il təvəllüdlü Kərimova Aişə Eldar qızı, 1991-ci il təvəllüdlü Zalov Elxan Məcid oğlu, 1994-cü il təvəllüdlü Zalov Tərlan Zeynal və 2009-cu il təvəllüdlü Zalov Fəqan Məcid oğludur.

Xəsarət alanların hamısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS