SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu Xırdalan şəhəri ərazisində sahibsiz itlərin insanlara hücum halları davam edir.

BAKU.WS xəbər verir ki, Abşeron rayon icra hakimiyyəti yaranmış vəziyyətə münasibət bildirib.

Qeyd edilib ki, məsələnin həlli istiqamətində işlər görülür:

"Tərəfimizdən Abşeron rayonunun yaşayış məntəqələrində, eləcə də Xırdalan şəhərində sahibsiz itlərə qarşı profilaktik tədbirlərin göstərilməsi məqsədi ilə “Toplan” Sahibsiz itlərə qayğı mərkəzinə rəsmi müraciət edilsə də onlar Bakı şəhərindən kənar ərazilərdə xidmət göstərmədiklərini bildirmişlər.Yuxarıda qeyd olunanları və rayonun yaşayış məntəqələrində sahibsiz itlərin çoxluğunu nəzərə alaraq hal-hazırda tərəfimizdən rayon ərazisində sahibsiz itlər üçün xüsusi sığınacağın tikinti layihəsi hazırlanmışdır. Sığınacaqda itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəslərinin yaradılması və heyvanların peyvəndlənmə, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyatların aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda tikintiyə başlanması üçün hazırlıq işləri aparılır".

***10:07

Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları davam edir.

BAKU.WS xəbər verir ki, belə fakt Xırdalanda ilk deyil. 

Kristal 1 (Park Xırdalan) ünvanında yaşayan sakinlər itlərin onlara hücum etdiyini bildiriblər.

Sakinlərdən biri axşam saatlarında mağazaya düşərkən it ona hücum edib.

BAKU.WS-in "Qaynar xətti"nə göndərilən görüntülərdə itlərin sürü ilə gəzdiyi görünür. 

BAKU.WS
VİDEO