SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Çanaqqala bölgəsində tükürpədn olay baş verib.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, 10 yaşlı uşaq atasının sürdüyü yük maşınının altında qalaraq can verib.

Hadisə oktyabrın 15-də Çanaqqalanın Bayramiç rayonunun Tülülər kəndi yaxınlığında qeydə alınıb. Belə ki, İbrahim Aktaşa məxsus bibər tarlasında fəhlə işləyən H.G. və R.G. Cütlüyün 10 yaşlı uşağı Mehmet Sıtkı Gültekin oynayarkən yoxa çıxıb.

Bir müddət sonra tarlada işləyən fəhlə Gültekinin yerdə hərəkətsiz uzandığını görüb.

Dərhal Bayramiç Dövlət Xəstəxanasına gətirilən uşağın həyatını xilas etmək mümkün olmayıb.

Gültəkinin meyiti ölümünün dəqiq səbəbini müəyyən etmək üçün Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.

Araşdırmalarda müəyyən olunub ki, uşaq üzərindən yük maşını keçməsinə görə xəsarətlər alıb. O da aydın olub ki, azyaşlının üzərindən atasının sürdüyü yük maşını keçib.

Prokurorluqda ifadə verən və ardınca həbs tələbi ilə məhkəməyə sövq edilən H.G məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

BAKU.WS
QALEREYA