SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda 15 yaşlı qız itkin düşüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Aydan Əsədova sentyabrın 15-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Əsədova əvvəllər də dəfələrlə evdən çıxıb gedib, lakin bir neçə gündən sonra geri dönüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

BAKU.WS