SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markaı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Xəlifəli kənd sakini, 2005-ci il təvəllüdlü Nurullazadə Şıxəli Tapdıq oğlu ağır və daha bir nəfər isə yüngül xəsarət alıb.

Ş.Nurullazadəyə əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, sonra o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS