SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda polisə müqavimət göstərən həbs edilib.

Bununla bağlı BAKU.WSBakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə 1999-cu il təvəllüdlü Nicat Ceyhun oğlu Həsənliyə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə uyğun olaraq, 15 sutka inzibati həbs cəzası verilib.

*** 09:58

Bakıda polisi əməkdaşı və sürücü arasında insident yaşanıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Videodan aydın olur ki, sürücü polisin əmrlərinə tabe olmaq istəmir və müqavimət göstərir.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə Babək prospektində qeydə alınıb:

"Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə saxla əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanılmış saxlanıldıqdan sonrada polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək".

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO