SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza "Qələbə" dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik vasitəsinin sürücüsü maşını “Toyota Prius” markalı avtomobilə çırpıb.

Məlumata görə, bir nəfər yüngül xəsarət alıb. Toqquşma nəticəsində avtomobillərə ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda yaranan sıxlığı aradan qaldırmaq məqsədilə avtomobillər qəza yerindən evakuasiya edilib.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS
QALEREYA