2025-in 9 ayında Azərbaycanda texnogen hadisələrdə 45 nəfər ölüb
30
dek
2025
16:02
Azərbaycanda 2025-ci ilin 9 ayı ərzində baş verən texnogen hadisələr zamanı 45 nəfər həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistikasında bildirilib.
Məlumata görə, ölkə ərazisində 17 min 301 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 5 min 118 hadisə və ya 12% çoxdur. Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 45 nəfər həlak olub, 182 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 33 nəfər xilas edilib, 689 nəfər təxliyə olunub.
Oxşar xəbərlər
Bakıda 1800 manatlıq moped oğurlandı
Sabunçu rayonunda vətəndaşın mopedi oğurlanıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat t...