SİZİN REKLAM BURADA!
055 213 76 73


Astara rayonunda sellə əlaqədar 40-a yaxın ailə evlərindən təxliyə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub. Subasmaya daha çox qəsəbənin Qurtuluş, Azadlıq, Sahib Kələntərov, Şəhid Baba Qasımov və Bəxtiyar Əliyev küçələrindəki həyətlər məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilaesediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür.

***11:28

Fövqəladə Hallar Nazirliyi (FHN) Astara və Lənkəran rayonlarında sel hadisələri ilə bağlı məlumat yayıb.

FHN-dən BAKU.WS-ə bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.

Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

***09:47

Astarada rayonunun Vaqo kəndində körpü uçub. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. 

Sözügedən körpü Vaqo kəndini Siyaku, Miki, Toradi, Hamoşam kəndləri ilə birləşdirir. Körpünün uçması nəticəsində əhalinin şəhər mərkəzi ilə əlaqəsi kəsilib. 

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO