SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdaşda “Kalaşnikov” avtomatı tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xosrov kəndi ərazisindəki su kanalından nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS