SİZİN REKLAM BURADA!
055 213 76 73


3 baş atı kəsərək ətini Bakıda satmaq istəyən Biləsuvar sakini saxlanılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəran-Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub.

Məlumat əsasında agentlik, DİN-nin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçirilib. Fakt öz təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Ət müsadirə edilərək götürülüb. Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş, fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirir.

BAKU.WS
QALEREYA