SİZİN REKLAM BURADA!
055 213 76 73


Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib.

Şəhərin Nizami küçəsində iri gövdəli qovaq ağacı yola aşıb, nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb.

Şəhərin 20-ci məhəllə adlanan ərazisində isə şam ağacı işıq dirəyinin üstünə aşıb, nəticədə mənzillərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Çerkassi küçəsində də fəsad törədib. Belə ki, iri ağac gövdəsindən qopub. Lermontov küçəsində isə söyüd ağacı avtomobilin üzərinə aşıb.

Hadisələrin baş verdiyi ərazilərə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehalsat Birliyinin Yaşıllaşdırma idarəsinini əməkdaşları cəlb edilib, ağaclar doğranaraq ərazidən daşınıb.//report

BAKU.WS
QALEREYA