SİZİN REKLAM BURADA!
055 213 76 73


Güclü külək Mingəçevirdə iri ağacları aşırıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, qəfil güclənən külək nəticəsində şəhərin bir neçə küçə və prospektində, park və xiyabanlarında iri gövdəli ağaclar kökündən qopub. Təbiət hadisəsi zamanı şəhərin Sahil parkı ərazisindən nəhəng sərv ağacı aşıb. Xoşbəxlikdən iri ağac yaxınlıqdakı iaşə obyektinin üzərinə düşməyib.

Uzunluğu 10 metrdən artıq olan yaşıl ağac asfalt qatı, bardürləri, həmçinin elektrik naqillərini də yerindən tərpədib.

Güclü külək şəhərin Heydər parkında da iri şam ağacını aşırıb. Nəhəng ağac piyadaların hərəkət etdiyi hissəyə düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, bir neçə ağacın iri budaqları sınaraq zərər görüb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

BAKU.WS