SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

***20:02

Sumqayıtda radiasiya aşkarlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Metallurq küçəsindəki zavodların birinin ərazisində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub.

Qeyd edək ki, radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb. Dərhal işçilər və yaxınlıqda olan sakinlər evaukasiya olunub.

BAKU.WS
QALEREYA