SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş və buna görə saxlanılaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş 3 nəfər erməniəsilli futbolçunun tənbeh müddəti başa çatdığından onlar bu gün azad olunublar.

Elə bu gün həmin şəxslər Azərbaycanın Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistan tərəfinə təhvil veriliblər.

Həmin şəxslərin görüntülərini təqdim edirik:

BAKU.WS
VİDEO