SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb.

"Report" yerli bürosu xəbər verir ki, hadisə Əziz Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 90-ZX-236 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil yolun kənarında dayanan 99-KG-377 dövlət nömrə nişanlı “Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "VAZ-2107"-in sürücüsü Seyfullayev Özal Səbuhi oğlu və sərnişini Bəşirov Aqil Vəli oğlu xəsarət alıb. Yaralılar Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA