SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda avtomobilin piyadaları vurduğu anın görüntüləri yayıb.

NİİM-dən bildirib ki, hadisə 2 gün əvvəl axşam saatlarında paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində qeydə alınıb.

"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən xahiş edir ki, yollarda piyada keçidi olduğunu bildirən nişanlara xüsusi diqqət yetirsinlər. Piyadalara isə tövsiyə olunur ki, piyada keçidləri olsa belə, sürücülər tərəfindən onlara yol veriləcəyinə əmin olduqdan sonra yolu keçsinlər. Hərəkət iştirakçıları yollarda ehtiyatlı olsalar, belə qəzaların sayı azalar", - məlumatda qeyd olunub.

Qeyd edək ki, hər iki piyada ağır xəsarətlər alıb.

BAKU.WS
VİDEO