SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroatobus yolu keçən piyadaları vurub.

Onlardan biri - Muğan sakini, 1996-cı il təvəllüdlü İbadov Murad Elçin oğlu hadisə yerində keçinib, onun həmkəndlisi,1997-ci il təvəllüdlü Rzaquliyev Kənan Azər oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

BAKU.WS