SİZİN REKLAM BURADA!
055 213 76 73


İki rayonda və Sumqayıtda qaz təchizatı dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.

Qeyd edilib ki, Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.

BAKU.WS