SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda iki avtomobil qoyun sürüsünə çırpılıb.

Bu barədə Report-un yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 05 radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri "Mercedes" markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsünə çırpılıb.

Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib.

Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

***11:23

Cəlilabad rayonunda avtomobil qoyun sürüsünə çırpılıb, 20-dən çox heyvan tələf olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili qoyun sürüsünə çırpılıb.

Qəza nəticəsində 20-dən çox xırdabuynuzlu heyvan tələf olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA