SİZİN REKLAM BURADA!
055 213 76 73


Şairə Cığatel İsaqızı avtomobil qəzasında həyatını itirən azyaşlı nəvəsi Süleymanla bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında 10 yaşlı övladı Süleyman Qasımovun fotolarını paylaşaraq ona "Könlüm Süleyman istəyir" adlı şeir həsr edib.

Qeyd edək ki, bu ilin avqustun 6-da Süleymanın vəfat etdiyi qəza Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.Qəzaya düşən Qasımov Ayaz Camal oğlu şairə Cığatel İsaqıznın oğlu, Qasımov Süleyman və Qasımova Cığatel isə onun oğul nəvələridir.

BAKU.WS