SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün saat 12 radələrində Balakən rayonunun Poştbinə kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***13:31

Balakəndə minik avtomobilində yanaraq ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Tülü kəndi ərazisində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Dinavasov Arus Səidbəy oğluna məxsus "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Lakin sürücü Dinavasov Arus Səidbəy oğlu avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA