SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış bloger Nicat Şakirlinin törətdiyi qəzadan sonra əsas müzakirə mövzularından biri avtomobilin çırpıldığı TIR-ın niyə ikinci zolaqla hərəkət etməsi ilə bağlıdır.

BAKU.WS “day.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu məqamı izah edən video yayılıb.

Qəza Heydər Əliyev prospektindəki körpüyə yaxın yerdə baş verib. TIR-ın da ikinci zolağa çıxmasının və yavaş-yavaş hərəkət etməsinin səbəbi körpünün üst hissəsinin əyri olmasıdır.

Yəni TIR körpüyə çatdığı vaxt birinci zolaqla hərəkət edərdisə, o zaman körpünün üstünə ilişə bilərdi. Ona görə də TIR ikinci zolaqla hərəkət edib.

Ətraflı videodan izləyə bilərsiniz:

BAKU.WS
VİDEO