SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda Gəncə şəhərinə doğru hərəkətdə olan sərnişin avtobusu ilə VAZ-2107 markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verit ki, zərbənin gücündən minik avtomobili aşıb. Qəza nəticəsində, 1983-cü il təvəllüdlü Ceyhun Rəhimov və 1985-ci il təvəllüdlü Vüsal Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS