SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.

BAKU.WS xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, öz istəyi ilə bu gün İctimai Şuradan istefa verib.

"Mən bundan əvvəl də təşkil edilən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam. Bu dəfəki seçkidə də düşündüm ki, mədəniyyətə xidmət edən, mədəniyyət paytaxtımız Şuşanın rəmzlərindən biri sayılan Xan Şuşinskinin adını daşıyan fondun rəhbəri olaraq şurada iştirakımla mədəniyyətimizə bacardığım qədər töhfə verə bilərəm. Bu gün seçkilərlə bağlı yayılan şayiələr məni çox məyus edir”, - Xalq artisti istefa ərizəsində qeyd edib.

Xatırladaq ki, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva bir neçə gün öncə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişdi.

Qeyd edək ki, Bəyimxanım Cavanşirova-Verdiyevanın mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.

BAKU.WS