SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində hündür ağacda pişiyin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sakinlər ağacda qalan pişiyi düşürməyə çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. 

Daxil olmuş məlumatla bağlı Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar və ağacda qalan pişiyi xilas ediblər.

BAKU.WS
VİDEO