SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində baş verib.

Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və qızını vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS