SİZİN REKLAM BURADA!
055 213 76 73


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Xidmətdən məlumat verilib.

Belə ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Cəlilabad rayon sakinləri Mirqoca və Mirağamalı Kərimovlar olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

BAKU.WS