SİZİN REKLAM BURADA!
055 213 76 73


13 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 1993-cü il təvəllüdlü Sahilə Novruz qızı Qurbanovanın axtarışlarına başlayıblar.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO