SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağcabədidə toyda kütləvi zəhərlənmə baş verib.

BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, Ağcabədinin Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.

Zəhərlənənlər TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

BAKU.WS
VİDEO