SİZİN REKLAM BURADA!
055 213 76 73


Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Nəcəf Novruzova həvalə edilib.

Bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

BAKU.WS