SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadın magistral yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərək özünün və digər hərəkət iştirakçılarının həyatını riskə atıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirdi ki, videodakı yolda hərəkət sürəti 90 kilometr müəyyənləşib. Belə bir istiqamətli, beş zolaqlı yolu keçmək isə xüsusilə təhlükəlidir:

"Yol dəmir arakəsmələrlə ayrılıb. Burada piyadanın hərəkət etməsi son dərəcə təhlükə yaradır. Qarşıda piyada keçidləri var".

Onun sözlərinə görə, ümumilikdə Bakı şəhərində belə hadislərlə tez-tez rastlaşırıq. Piyadaların nəzərdə tutulmamış yerlərdən keçməsi ölkəmizdə yol nəqliyyat hadisəsini şərtləndirən səbəblərdən biridir. Məhz paytaxtda piyada vurmaları ilə nəticələnən yol nəqliyyat hadisələri ümumi hadisələrin yarıdan çoxunu təşkil edir.

Həmçinin A.Əsgərli qeyd etdi ki, yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən piyadaları 20-40 manat cərimələr gözləyir:

"Yol hərəkəti haqqında qanunvericiliyə görə, inzibati xətalar məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq sürət həddi 80 kilometrə qədər olan yollarda piyadaların müəyyən edilməmiş hissədən yolu keçməsimə görə cərimələr 20 manat, 80 kilometr və daha çox yollardan keçmək isə 40 manatdır. Lakin hər bir hərəkət iştirakçısı bu cür qayda pozuntularının ağır nəticələrini nəzərə alaraq diqqətli davranmalıdır. Belə halların tək adekvat addımı cərimələr deyil. Belə hərəkətlər ölüm və ağır xəsarətlərlə nəticələnə bilər. Burada təhlükəsizlik mədəniyyətinə əməl olunmalıdır. Hər bir hərəkət iştirakçısından, xüsusilə də piyadalardan yollarda son dərəcə diqqətli olmağı xahiş edirik. Hadisə baş verəndən sonra onun fəsadlarını aradan qaldırmaq əvəzinə, bu cür hadisələr baş vermədən öncə şüurlu seçim edib çəkinmək məqsədəuyğundur".

Banu Hüseynli
BAKU.WS
VİDEO