SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub.

“Report” xəbər verir ki, səfir bu barədə tviter hesabında yazaraq buradakı qonaqpərvərliyə heyran qalıb.

"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: - bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik, Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, - səfir sosial şəbəkə hesabında qeyd edib.

BAKU.WS