SİZİN REKLAM BURADA!
055 213 76 73


Kişineuda hava limanında hava limanında atəş açan şəxs Türkiyədən gələn Tacikistan vətəndaşı olub və Moldova polisinin xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.

O, qeyd edib ki, baş verən terror aktında iki nəfər ölüb, bir nəfər yaralanıb.

***19.48

Moldovanın paytaxtı Kişineu hava limanında atışma olub.

"Report" xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, ölkəyə girişi qadağan olunmuş xarici vətəndaş sərhədçiyə atəş açıb və binalardan birində barrikada qurub. Sərnişinlər binadan təxliyə edilib.

Problem aradan qaldırılana qədər Kişineu hava limanında uçuşlar dayandırılıb.

İnsident nəticəsində bir sərhədçi yaralanıb.

BAKU.WS