SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, yolu keçən Mustafayev Sərdar Mustafa oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Hazırda onun müalicəsi davam etdirilir. Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS