SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün bir qadının çantasından 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanın oğurlayan şəxsin ifşa edilməsi ilə bağlı xəbər yaymışdıq. Suallar yaranmışdı ki, bu qədər pulu qadın çantasında niyə saxlayıb.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə aydınlıq gətirib.

"Bu, zəhmətkeş və ziyalı bir ailənin övladlarına ev almaq üçün topladığı pul olub. Arzularını gerçək etməyə çalışırdılar. Pulun yolda oğurlanması bir ailənin, bir gəncin istəklərini, zəhmətlərini alt-üst etmişdi. Ümid yeri kimi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə yaxınlaşan ailəni dinləyən polis əməkdaşları cinayətkarı qısa vaxt ərzində saxlayıblar. Oğurlanan pul ondan geri alınaraq ailəyə qaytarılıb", - deyə Nazirlik rəsmisi qeyd edib.

***12:45

Bakıda qadının içərisində 23 500 dollar olan pulqabısı oğurlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23 500 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

BAKU.WS